RU

Məhkəmə icarədarı söyüşə görə bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Mahir Bəylərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 20 yanvar 2024-cü il tarixdə, saat 18:20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən telefon mağazasının qarşısında qeydə alınıb.


Belə ki, olaydan təxminən bir ay əvvəl 1997-ci il təvəllüdlü Mahir Bəylərov sözügedən mağazanı icarəyə işlədən zərərçəkmiş Qulam Həmidovdan (şərti) telefon alıb. Sonra telefonun ekranında nasazlıq olub və o, geri qaytarmaq üçün zərərçəkmiş şəxslə əlaqə saxlayıb. Zərərçəkmiş şəxs pulunun olmadığını və daha sonra verəcəyini bildirib. Hadisə günü Mahir Qulamın işlətdiyi mağazaya gedərək ondan pulunu geri tələb edib. Sonra həmin şəxslərin arasında mübahisə yaranıb və zərərçəkmiş şəxs onu söyüb təhqir edib. Bu zaman Mahir bıçaqla qəsdən Qulamın qarın nahiyəsinə 1 zərbə endirərək ona xəsarət yetirib.


Hadisədən sonra Mahir Bəylərov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


Kamal Məmmədov 

Tarix: 10 Yanvar 2025, 11:09   
Избранный
18
pravda.az

1Источники