Türkiyə Livanın yeni prezidenti Cozef Avnı təbrik edib.
Xarici İşlər Nazirliyi Aunun Livan prezidenti seçilməsi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada, Livanda qurulacaq yeni hökumətin ölkənin sabitliyinə, regionun sülh və rifahına mühüm töhfə verəcəyinə ümid edildiyi bildirilib.
Qeyd edək ki, Livanda iki ildən çoxdur prezident postu boş idi. Baş Qərargah rəisi Cozef Avn parlament iclasının ikinci turunda Livanın 14-cü prezidenti seçilib.