RU

Bayden 11 Sentyabr hadisəsinin təşkilatçısı ilə bağlı qərar qəbul edib

ABŞ prezidenti Cozef Baydenin administrasiyası federal apellyasiya məhkəməsindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarının təşkilatçılarından biri olan Xalid Şeyx Məhəmmədin iddiasını rədd etməyi xahiş edib. Bu barədə Associated Press (AP) məlumat yayıb.

Agentliyin məlumatına görə,  Ədliyyə Departamenti Kolumbiya Dairəsinin federal apellyasiya məhkəməsinə təqdim etdiyi qısa məlumatda, Məhəmməd və bu terror hücumlarında təqsirləndirilən digər iki nəfərin günahsız olduğunu etiraf etmələri təqdirdə ABŞ hökuməti bərpaolunmaz zərər və ya zərbə görəcəyini bildirib.

Dekabrın 31-də New York Post qəzeti yazmışdı ki, 11 sentyabr terror aktında şübhəli bilinən üç nəfərin ölüm cəzasından yaxa qurtarmaq şansı yaranıb. Çünki apellyasiya məhkəməsi ABŞ müdafiə naziri Lloyd Ostinin məhkəməyə qədərki iddianı ləğv etmək əmrini ləğv edib.

Belə ki, məhkəmə prokurorlar ilə müttəhimlər Xalid Şeyx Məhəmməd, Vəlid bin Attaş və Mustafa əl-Havsəvi arasında bağlanan və onlara ömürlük həbs cəzası müqabilində günahlarını etiraf etmələrinə imkan verən "etiraf sövdələşməsi"ni ləğv edib.

Tural

Избранный
18
news365.az

1Источники