RU

Tofiq Zülfüqarov: “Çərçivə sülh sazişi bitib”

“Çərçivə sülh sazişinin potensialı artıq bitib”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a məlumatında belə deyib. 

“Paşinyan deyir ki, bizə çərçivə sənədi deyil, böyük saziş lazımdır. Hesab edirəm ki, bu maraqlı təklifdir. Çünki Azərbaycanın mövqeyinə uyğun olaraq, Ermənsitanın işğalının hərbi-texniki fəsadları aradan qaldırılıb. 

Bu baxımdan, münaqişənin siyasi, hüquqi və ideoloji əsasları qalmaqdadır. Azərbaycan Prezidenti də bununla bağlı öz fikirlərini səsləndirir. Yəni Ermənistanın rəsmi ideologiyası Qaregin Njdenin faşist ideologiyasına - Traxkanizmə əsaslanır və hər yerdə türkə qarşı mübarizə aparmaqdan ibarətdir.

Çərçivə sülh sazişində əsas məsələ həll olunmur. Ermənistan işğalçılıq və ilhaq siyasətindən əl çəkirlər ya, yox? Bu suala cavab verilmir. Ermənistan hakimiyyəti konstitusiyanı dəyişmək istəmir. Ermənistanın mifik, yoxsa real olmasına dair cəmiyyətdə konsensus yoxdur. Hərə bir fikir söyləyir. Onlar heç özləri də nə olduqlarını bilmirlər. Belə ölkə ilə necə danışıq aparamaq olar? Bunlar hamısı problemlərdir”.

Diplomat qeyd edib ki, sülh müqaviləsinin mətnində 17 bənddən 15-nin razılaşdırıldığı barədə Ermənistan tərəfinin açıqlaması reallığı əks etdirmir:

“Əslində, tərəflər arasında razılaşdırılmamış məsələlər çoxdur. 

Избранный
20
cebheinfo.az

1Источники