RU

KİV: NATO müdafiə xərclərini artıracaq, lakin Trampın dediyi qədər yox

KİV: NATO müdafiə xərclərini artıracaq, lakin Trampın dediyi qədər yox

NATO ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 2%-dən 5%-ə qədər artırmaq təklifi ilə razılaşmır. AFN.az xəbər verir ki, bu barədə “Reuters” rəsmilərə və analitiklərə istinadən məlumat yayıb. Agentlik eyni zamanda, alyansın böyük ehtimalla hazırkı hədəfi artıracağını vurğulayıb."Deyəsən, dəyişiklik olacaq. Düşünmürəm ki, bu, 5% olacaq, bu, hazırda demək olar ki, hər bir ölkə üçün qeyri-mümkün olardı, lakin hazırkı iki faiz də olmayacaq, çox olacaq”, - deyə İtaliyanın müdafiə naziri Guido Crosetto agentliyə müsahibəsində bildirib. "Reuters"in məlumatına görə, alyansın bir sıra adı açıqlanmayan rəsmiləri də Amerika liderinin təşəbbüsünü dəstəkləmirlər, lakin eyni zamanda, ümumilikdə müdafiə xərclərinin artırılmasını bəyənirlər. Qeyd olunur ki, müdafiə xərclərinin artırılması təşkilatın iyunda Haaqada keçiriləcək sammitində müzakirə olunacaq.Ekspertlərin fikrincə, 5%-lik ÜDM göstəricisi alyansın demək olar ki, bütün üzvləri üçün iqtisadi və siyasi baxımdan əlçatmazdır. Bəzi analitiklər hesab edir ki, Tramp qəsdən qeyri-real təklif irəli sürüb ki, NATO ölkələri uzun danışıqlardan sonra 3%-ə yaxın rəqəmlə razılaşsınlar.

Избранный
13
29
afn.az

10Источники