RU

Şabranda ağacları kəsən şəxs SAXLANILDI - FOTO

Şabran polis şöbəsinin əməkdaşları rayonun Günəşli kənd sakini Niftəli Osmanovu yol kənarında motorlu odun doğrayan mişarla sözügedən kənd ərazisində ağac kəsərkən saxlayıblar.

Məlumatı Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq DİN-nin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov təsdiqləyib.

Qeyd edilib ki, N. Osmanovun izahatı alınaraq, sərbəst buraxılıb.

Hazırda Şabran polis şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Избранный
32
1
bizim.media

10Источники