RU

Mask X-də qeydiyyatı ödənişli etmək İSTƏYİR

Amerikalı milyarder İlon Mask X sosial şəbəkəsində qeydiyyatı ödənişli etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, “Fortune” mənbələrinə görə, hələ 2025-ci ilin fevralında yeni istifadəçilər hesab yaratmaq üçün 8 dollar ödəyəcəklər.

Bonus olaraq, onlar reklamı aradan qaldıran və mavi işarə əlavə edən “X Premium” abunəsi alacaqlar.

Qeydiyyat üçün ödəniş etməyən yeni istifadəçilər sosial şəbəkədən yalnız oxu rejimində - yazıları dərc etmək və ya digər istifadəçilərin yazılarına şərh vermək imkanı olmadan istifadə edə biləcəklər.

Bizim.Media

Избранный
9
bizim.media

1Источники