RU

Özbək futbolçunun “Mançester Siti”yə keçəcəyi təsdiqləndi

style='margin-bottom:10px;'>

“Lans”ın baş məşqçisi Vilyam Still futbolçusu Abdukodir Xusanovun “Mançester Siti”yə keçməyə yaxın olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

QOL.az "L`Equipe"ə istinadən xəbər verir ki, mütəxəssis bu məlumatları təsdiqləyib və 20 yaşlı özbək müdafiəçi ilə "şəhərlilər" arasında danışıqların davam etdiyini bildirib: 

“Biz yalan danışmaq istəmirik. Bilirik ki, danışıqlar davam edir və işlər irəliyə doğru gedir. Külək onun tərəfə əsir. Biz axmaq deyilik. Amma Abdukodir hələ də "Lans"ın oyunçusudur. Əgər bir şey dəyişsə, yəqin ki, bunu məndən əvvəl biləcəksiniz. Abdukodir müsait olsa, "Havre" ilə matçda iştirak edəcək".

Qeyd edək ki, daha əvvəl İngiltərə klubunun Fransa təmsilçisinə bonuslar daxil olmaqla 50 milyon avro təklif etdiyi yazılmışdı. Xusanovun özü də “Mançester Siti”yə keçmək istəyir. Tərəflərin 2030-cu ilin yayına qədər müqavilə imzalayacağı gözlənilir. 

Избранный
19
teleqraf.com

1Источники