RU

Litvada 9 Mayı qeyd edən nazir müavini ilə bağlı qalmaqal yaşanır

Litvada siyasi qalmaqal yaşanır. Sosial şəbəkələrdə izləyicilərini Qələbə Günü münasibətilə təbrik edən və bu tarixin ailəsi üçün vacib olduğu üçün 9 Mayı qeyd etməyə davam edəcəyini deyən yeni maliyyə nazirinin müavini Valentin Qavrilov yerli medianın hədəfinə tuş gəlib. Bu barədə LRT yazır.

“Bu tarix bizim ailəmiz üçün həmişə önəmli olub. Bəli, indiki konteksti başa düşürəm, amma babalarımın və digər qohumlarımın xatirəsinə hörmətimi saxlayıram... Biz bu ənənəni qorumağa çalışırıq”, - Qavrilov mövcud vəziyyəti belə şərh edib.

Bu, Qavrilovun təmsil etdiyi Sosial Demokrat Partiyasının üzvlərinin narazılığına səbəb olub və partiya yoldaşları onu istefaya çağırıblar. "Partiya rəhbərliyi nazir müavininə Qələbə Gününü qeyd etməyi dayandırmağı tövsiyə etmək niyyətindədir",- LRT yazıb.

Qeyd edək ki, son illər Baltikyanı ölkələr, Polşa, Ukraynada Rusiya tarixi, mədəniyyəti, ədəbiyyatı, siyasətinə bağlı abidə və adlardan imtina olunur. Buna səbəb Kremlin müharibə, işğalçılıq ritorikası göstərilir.

Tural

Избранный
14
news365.az

1Источники