![](https://www.nuh.az/uploads/posts/2025-01/thumbs/big_1736586683_otot.jpg)
Ermənistan Minsk qrupunun buraxılması məsələsi ilə əlaqədar rəsmi qaydada ATƏT-ə müraciət etməyi nəzərdən keçirir.
Trend erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasarynan öz sosial şəkəbə səhifəsində yazıb.
"Bir sıra KİV-in suallarına cavab olaraq bildirirəm ki, Ermənistan Respublikası MQ-nun buraxılması üçün ATƏT-ə müraciət etmək ehtimalını nəzərdən keçirir”,- deyə o bildirib.
O qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu "sülh sazişi bağlamaqla təsdiq etməyə hazırdır”.