RU

Avropa Komissiyası Ermənistanla Aİ-yə daxil olma təşəbbüsünü müzakirə edəcək

Avropa Komissiyası Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulma prosesinin başlanması ilə bağlı ölkə hakimiyyətinin qanunvericilik təşəbbüsünü araşdırmaq niyyətindədir.

Rusiya KİV-in xəbərinə görə, bu barədə Avropa xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Anitta Hipper məlumat verib.

"Biz qanun layihəsini təhlil edəcək və onu Ermənistan hökuməti ilə müzakirə edəcəyik", - o bildirib.

Qeyd edək ki, hökumət 2025-ci il yanvarın 9-da Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, təşkilata üzvlük məsələsi ümumxalq referendumunun keçirilməsi yolu ilə həll edilməlidir.

Избранный
22
24
korrespondent.az

10Источники