Fransa çempionu PSJ İtaliya “Napoli”sinin və Gürcüstan millisinin 23 yaşlı cinah hücumçusu Xviça Kvaratsxeliya ilə anlaşıb. Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romanı məlumat yayıb. O bildirib ki, tərəflər 5 illik müqavilə imzalayacaqlar və Kvaratsxeliyanın illik maaşı təxminən 10 milyon avro olacaq. “Paris klubu transferi bu ay başa çatdırmaq ümidi ilə “Napoli” ilə danışıqlar aparır”, - jurnalist bildirib. Qeyd edək ki, cari mövsümdə Kvaratsxeliya Neapol təmsilçisi ilə bütün yarışlarda 18 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər nəzərdə tutulub.