Bakı. Trend:
Azərbaycandan Serbiyaya qaz tədarükü dayandırılmayacaq.
Trend-inməlumatıma görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiç Xsosial şəbəkəsindəki səhifəsində yazıb.
“Azərbaycandan olan qardaşlarımız və dostlarımız indicə mənəbildirdilər ki, fors-major halların yaratdığı obyektiv problemlərəbaxmayaraq, Serbiyaya qaz tədarükü dayandırılmayacaq. Azərbaycanavə tezliklə Belqradda görməyi səbirsizliklə gözlədiyim Prezidentİlham Əliyevə böyük təşəkkürümü bildirirəm", - o yazıb.
Qeyd edək ki, ötən gün Serbiya prezidenti Aleksandar VuçiçAzərbaycanın “Şahdəniz” yatağındakı texniki nasazlıqlara görəgündəlik 1,7 milyon kubmetr qaz tədarükünün dayandırılması iləbağlı Serbiya tərəfini xəbərdar etdiyini bildirib.
Bu fonda bəzi KİV-lər tədarükün kəsilməsinin “bir neçə ay” davamedə biləcəyini bildirdi.
Enerji bazarındakı mənbənin Trend-ə verdiyi məlumata görə,Azərbaycan qazının Serbiyaya nəqli yanvarın 15-də bərpa olunabilər.
Eyni zamanda, bp Azerbaijan-dan Trend-ə verilən məlumata görə,şirkət platformada yaranmış texniki problemin tezliklə aradanqaldırılması üçün çalışır.
“Texniki problemin mümkün qədər tez aradan qaldırılması üçünişlər aparılır. Şahdəniz Alfa platformasının özündə və digərplatformalarda heç bir problem yoxdur. Texniki problem xüsusiləŞahdəniz Alfa platforması ilə Səngəçal terminalı arasındakı sualtıkondensat ixrac xəttində yaranıb”, - bp bildirib.
Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət NeftŞirkəti (SOCAR) və Serbiyanın “Srbijagas” şirkəti arasındaAzərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb.Müqaviləyə əsasən, 2024-cü ildən 2026-cı ilə qədər olan dövrdəAzərbaycandan Serbiyaya hər il 400 milyon kubmetrədək qaz tədarükediləcək, həcmi 2027-ci ildən artırmaq imkanı olacaq.
Azərbaycan qazının Serbiyaya tədarükü 2024-cü ilin fevralındabaşlayıb. 2024-cü ilin sentyabrında SOCAR və “Srbijagas” arasındasutkada 1 milyon kubmetr qazın alqı-satqısına dair əlavə sazişimzalanıb ki, bu da 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin1-dək olan dövrü əhatə edir.