Son illər ölkəmizdə bəzi ərazilər üzrə otlaq sahələri azalıb.
Xezerxeber.az xəbər verir ki, bu azalma isə heyvandarlığa təsir göstərir.
Millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Razi Nurullayev deyir ki, bunun bir neçə səbəbi var.
Deputatın sözlərinə görə, səbəblərdən biri də bəzi ərazilərdə örüş sahələrinin düzgün bölüşdürülməməsidir.
Otlaqların azalmasına təsir göstərən digər amillərdən biri də kənd təsərrüfatı regionu olan bəzi bölgələrdə erroziyaya məruz qalan ərazilərin genişlənməsidir.
Millət vəkili bildirdi ki, artıq bütün dünya yeni heyvandarlıq modelini tətbiq edir və bu, ölkəmizdə də yayılmaqdadır.
Deputat onu da qeyd edir ki, heyvandarlığın inkişafı üçün subsidiyaların ayrılması ilə yanaşı, həm də güzəştli şərtlərlə aşağı faizli kreditlər ayrılmalıdır.
Həmçinin, banklar bu kreditləri əlçatan etməlidirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.