RU

Moskvanın NATO ölkələrinə hücum etmək planı yoxdur - Rusiya XİN

“Rusiya NATO ölkələrinə hücum etmək niyyətində deyil və belə bir planları da yoxdur”.

Misiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov deyib.

Onun sözlərinə götə, Rusiya heç vaxt NATO ilə münasibətləri pisləşdirməyə çalışmayıb: 

“Münasibətlərin tənəzzülünün təqsiri tamamilə alyansın üzərinə düşür. Biz NATO ölkələrinə hücum etmək fikrində deyilik və belə aqressiv planlar qurmayacağıq", - deyə siyasətçi vurğulayıb.

Maslennikov qeyd edib ki, gərginliyi azaltmağın yollarını tapmaq üçün istifadə oluna biləcək normal təmaslara və dialoq mexanizmlərinə gəlincə, alyans onları rədd edib. 

Daşqın HəsənovMissiya.Az

Избранный
14
2
missiya.az

10Источники