RU

Ultrasəs müayinələri mümkün problemləri erkən mərhələdə aşkar etməyə kömək edir - SN

Bakı. Trend:

Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının radioloquJalə Parlanova nazirliyin rəsmi saytına müsahibə verib.

Trend həminmüsahibəni təqdim edir:

- Jalə xanım, ilk öncə hamiləlik dövründə mütəmadi müayinələrinvacibliyi haqqında məlumat verərdiniz…

- Ultrasəs müayinəsi (USM) olduqca mühüm bir diqanostikvasitədir və xüsusilə qadın sağlamlığında çoxsaylı tibbiproseslərdə geniş tətbiq edilir. USM-dən həm hamiləlik öncəsiqiymətləndirmə, hamiləlik dövründə icra edilən çoxsaylı müayinələr,həm də doğuş sonrası ana sağlamlığının skrininqi üçün istfadəolunur.
Hamiləlik dövründə mütəmadi USM müayinələri gələcək ana və körpəninsağlamlığını izləmək üçün olduqca vacibdir. Müayinələr mümkünproblemlərin erkən mərhələdə aşkarlanmasına kömək edir. Bu da,vaxtında müdaxilə etməyə və riskləri azaltmağa imkan yaradır. Eynizamanda, valideynlərin körpələrinin inkişafı haqqındaməlumatlandırılması onları rahatlaşdırır və doğuşun müsbətnəticələnməsinə dəstək olur.

- Hər trimestrdə hansı məcburi müayinələr aparılır?

- Hamiləlik üç trimestrə bölünür və hər trimestrdə ana vəkörpənin sağlamlığını izləmək üçün xüsusi müayinələr aparılır.
Birinci trimestrdə (14-cü həftəyədək) ananın müəyyən qananalizlərinin verməsi vacibdir. Bu analizlər nəticəsində qan qrupu,RH faktoru, hepatitlər və digər amillər yoxlanılır. Eyni zamanda,bu trimestrdə (təxminən 11-14-cü həftələrarası) NT müayinəsiaparılır. Bu da, qan analizləri ilə birlikdə uşaqda xromosomanomaliyalarının riskini qiymətləndirmək üçün əsas götürülür. Butrimestrdə digər genetik analiz – NİPT də təklif edilə bilər.
İkinci trimestrdə artıq inkişaf edən döldə mövcud vəziyyətinmüəyyən edilməsi üçün müayinələr aparılır. Körpənin orqanları,struktur vəziyyəti və plasentanın yerləşməsi yoxlanılır. Eynizamanda, gestesional diabeti aşkar etmək üçün qlükoza dözümlülüyütesti də aparılır.
Son trimestrdə isə, körpənin inkişafını izləmək üçün böyüməUSM-ləri icra edilir. Bu müayinələr körpənin ölçüsü, mövqeyi(duruş) və amniotik mayenin səviyyəni yoxlayır. Eyni zamanda,36-38-ci həftələrdə icra edilən GBS testi bakteriyaların doğuşzamanı körpəyə keçməsinin qarşısını almaq üçün vacibdir.

- Ultrasəs müayinəsinə gəlməzdən öncə nələri bilmək lazımdır? Bumüayinə üçün ön hazırlıq mərhələsi varmı?

- Hazırlıq ultrasəs növündən asılıdır. İlk ultrasəslər üçün mayeqəbul edərək, sidik kisəsinin dolu olmasına nəzarət etmək məsləhətgörülür. Anomaliya və böyümə skanları üçün isə adətən xüsusihazırlıq tələb olunmur. Bununla yanaşı, ultrasəs müayinələrinintamamilə ağrısız olduğunu xatırlamaq vacibdir. Bu müayinələrhamiləliyin problemsiz və sağlam keçməsini təmin etmək üçün nəzərdətutulub.

- Ultrasəs müayinələr nə qədər təhlükəsizdir?

- Ultrasəs müayinələri düzgün istifadə olunduğu haldatəhlükəsizdir. Bu müayinələr görünən vizual nəticələri yaratmaqüçün radiasiyadan yox, səs dalğalarından istifadə edir. Bu da,onların həm ana, həm də körpə üçün olmasını təmin edir. Əsas məsələultrasəsin tibbi məqsədlər üçün və peşəkar həkimlər tərəfindənaparılmasıdır. Bu, onun düzgün və effektiv istifadəsini təminedir.
Bundan əlavə, müayinələr valideynlərə körpələri ilə emosional əlaqəqurmaq imkanı və körpənin ultrasəsdə hərəkətlərini izləmək imkanıverir. Bu görüşlər valideynlərə körpənin inkişafı barədə məlumatalmağa, doğuma hazırlaşmağa və hər hansı narahatlıqlarını həkimləmüzakirə etməyə şərait yaradır.

- Ultrasəs müayinələrinin qadın sağlamlığı üçün daha hansıüstünlükləri mövcuddur?

- Erkən hamiləlik dönəmində və hətta ondan öncə ultasəsmüayinəsi hamilələyin təsdiqlənməsi, mövcud döllərin sayı,yerləşməsi (uşaqlıq daxilində və ya xaricində), ürək döyüntüləriniyoxlamaq, plasentanın yerləşməsini müəyyən etmək üçün icraedilir.
Eyni zamanda, doğuş prosesindən sonra plasentanın qalıqlarının vəqanaxma təhlükəsinin qiymətləndirilməsi üçün də USM vacibdir.Uşaqlığın normal şəkildə əvvəlki vəziyyətinə doğru yığılması vəsağalması, uşaqlıq infeksiyalarının aşkar edilməsi və anada südvəziiləri ilə bağlı yaranan vəziyyətləri tədqiq etmək üçün dəultrasəs müayinəsi icra edilir.
Qadınlarda yumurtalıqda mövcud olan yumurta ehtiyatınınqiymətləndirilməsi, uşaqlıqda struktur problemlərinindiaqnostikası, follikul inkişafının izlənməsi və ovulyasiyamonitorinqi, süni mayalanma və hormonal diaqnostikalarda yardımçıvasitə kimi geniş istifadə olunur. Eyni zamanda, çanaq sağlamlığı,uşaqlıq və yumurtalıqlarda olan anomaliyaları öncədən müəyyənetməyə imkan verərək, mümkün cərrahi müdaxilələrin aparılmasınımüəyyən edir.

Məqalədə:
Избранный
8
5
az.trend.az

6Источники