Türkiyə birinci liqasında 19-cu turun görüşləri davam edir.
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Ankaragücü” səfərdə “Amedspor”la qarşılaşıb.
"Operativ Media" xəbər verir ki, matç "Amedspor"un 1-0 hesablı qələbəsi ilə başa çatıb.
Dadaşov qarşılaşmanın 72-ci dəqiqəsində oyuna qoşulub.
Bu nəticədən sonra “Ankaragücü” 27 xalla turnir cədvəlində 8-ci sırada yer alıb.
Renat Dadaşov cari mövsümdə klubu ilə bütün yarışlarda 15 oyunda iştirak edib, 2 dəfə fərqlənib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.