RU

Türk dünyasının böyük oğlu Rauf Denktaşın vəfatından 13 il ötür

Yazını böyüt
Yazını kiçilt

Kıbrıs Türk xalqının azadlığı və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) qurulması uğrunda mübarizəsi ilə adını tarixə qızıl hərflərlə həkk edən KKTC-nin qurucu prezidenti Rauf Denktaşın vəfatından 13 il ötür.

Hafta.az-ın yazdığına görə, Kıbrıs türk xalqının istiqlal mübarizəsində mühüm mövqeyə malik olan Rauf Denktaş bütün həyatı boyu milləti adına mübarizə aparıb. Siyasi səhnədə həyatı, ideyaları və mübarizəsi ilə gələcək nəsillərə işıq tutan Denktaş, başda Kıbrıs və Türkiyə olmaqla bütün türk dünyasında hər zaman hörmət və sevgi ilə qarşılanıb.

Müəllim Denktaş

Rauf Denktaş 27 yanvar 1924-cü ildə Kiprin Pafos şəhərində anadan olub. Mərhum hakim Məhmət Raif bəyin kiçik oğlu Rauf Denktaş yaşyarımlığında anasını itirib.

Nənələri tərəfindən böyüdülən Denktaş 1930-cu ildə təhsil alması üçün İstanbula göndərilir. Arnavutköydə ibtidai məktəbdən liseyə qədər təhsil verən Fevzi Ati Liseyində internat şagirdi olaraq təhsil almağa başlayıb. Orta məktəbi bitirdikdən sonra Kiprə qayıdıb və 1941-ci ildə Lefkoşa İngilis Məktəbini bitirib. Daha sonra tərcüməçi, məhkəmələrdə dövlət qulluqçusu və bir müddət Famaqustadakı ingilis dili məktəbində müəllim kimi fəaliyyət göstərib.

Vəkil Denktaş

1944-cü ildə British Council-ın təqaüdü ilə Böyük Britaniyada hüquq təhsili alıb və 1947-ci ildə Lincolns Inn-i bitirib. Elə həmin il Kiprə qayıdaraq vəkil kimi fəaliyyətə başlayıb. Rauf Denktaş 1949-cu ilin yayında prokuror olaraq fəaliyyətə start verib. Denktaş 1956-cı ildə baş prokuror vəzifəsinə yüksəlib.

İdea adamı Denktaş

1942-ci ildə Dr. Denktaş atasından, milliyyətçi və atatürkçü dostlarından öyrəndiyi “Türk hüquqlarının ingilislər tərəfindən qəsb edilməsi” mövzularının Fazıl Küçükün nəşrə başladığı “Halkın səsi” qəzetində müzakirə edildiyini görüb və Dr. Fazıl Küçüklə tanış olur, “Halkın Sesi”ndə imzalı və ya imzasız, bəzən Akın Yılmaz adı ilə məqalələr yazmağa başlayır.

Mübarizə lideri Denktaş

Rauf Denktaş 24 yaşındaykən - 27 noyabr 1948-ci ildə,  Kipr türklərinin təşkil etdiyi ilk mitinqdə Fazıl Küçüklə birlikdə çıxış edib. O, türk cəmiyyətinin iki mühüm adı olan Faiz Kaymak və Fazıl Küçük arasında vasitəçi rolunu öz üzərinə götürərək, cəmiyyətin maraqlarını güdür. Faiz Kaymakın təklifi və Fazıl Küçükün təsdiqi ilə Kipr Türk Qurumlar Federasiyasının Konqresində prezident seçilib. Prokuror vəzifəsindən təqaüdə çıxmaq hüququ əldə etməzdən altı ay əvvəl o, İngiltərə administrasiyasını çətinliklə razı saldıqdan sonra istefa verib və icma problemləri ilə məşğul olmağa başlayıb.

Türk Müqavimət Təşkilatı və Denktaş

1958-ci ildə millətçi və terrorçu yunanlar türk kəndlərinə hücum edəndə türklər bu hadisələrə qarşı çıxdılar. Sürix-London razılaşmalarından əvvəl Fazıl Küçük və Rauf Denktaş xarici işlər naziri Fatin Rüştü Zorlu ilə görüşmək üçün Ankaraya gedib. Bu görüşdə Denktaş Türkiyə əsgərlərinin adaya göndərilməsi təklifini dilə gətirib.

“Enosis” və EOKA ilə mübarizədə Kipr türklərinin müqavimətinə rəhbərlik edən Denktaş 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verib. 1 avqust 1958-ci ildə dostları ilə birlikdə Türk Müqavimət Təşkilatını qurub.

Lider Denktaş

Rauf Denktaş, 1959-cu il Sürix və London sazişlərinin, 1960-cı il müqavilələrinin və Kipr Respublikası Konstitusiyasının hazırlanmasında iştirak edib. Həmin il Türk İcma Şurası İcraiyyə Komitəsinin sədri seçilib. 1960-cı il avqustun 16-da 650 nəfərlik türk alayı Famaqusta limanına gəlib. 1963-cü il hadisələrindən sonra Denktaş təmas qurmaq üçün Ankaraya gedib, əlaqələrini tamamlayandan sonra qayıqla Kiprə qayıdıb və türk müqavimətini təşkil etməyə başlayıb.

Denktaş 1964-cü il London Konfransından sonra Makarios tərəfindən persona non-qrata elan edilib, onun Yeşiladaya girişi yasaqlanıb. Denktaş 1967-ci ildə adaya gizlicə girərkən həbs edilib. Gərgin səylər nəticəsində o, Türkiyəyə qaytarılıb. Amma o, 1968-ci ildə adaya giriş qadağası aradan qaldırıldıqdan sonra yenidən Kiprə qayıdıb.

Siyasətçi Denktaş

1970-ci il seçkilərində Türk İcma Şurasının sədri seçilən Denktaş, 28 fevral 1973-cü ilə qədər Kiprin vitse-prezidenti və Kipr Türk Administrasiyasının sədri olub.

1974-cü il Kipr əməliyyatı və 13 fevral 1975-ci ildə Kipr Türk Federativ Dövlətinin elan edilməsindən sonra, eyni zamanda dövlət başçısı və parlament sədri vəzifələrində də fəaliyyət göstərən Denktaş, 1976-cı ildə keçirilən ilk ümumi seçkilərdə prezident seçilib. O, 1981-ci ildə ikinci dəfə də prezident mandatı alıb.

Prezident Denktaş

15 noyabr 1983-cü ildə Quzey Kıbrıs Türk Cümhuriyyəti elan ediləndən sonra yenidən prezident seçilən Denktaş 1990-cı il aprelin 22-də keçirilən növbədənkənar seçkilərdə növbəti dəfə prezident olub. 1995-ci il seçkilərində xalq yenə ona səs verib. Amma 2000-ci il seçkilərində 43,67 faiz səs toplayıb və proses ikinci tura keçib. Lakin ikinci tura keçən digər namizəd Dərviş Əroğlu geri çəkildikdən sonra o, seçkidən qalib ayrılıb. Denktaş 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın Kipr probleminin həlli üçün hazırladığı Annan Planı-na qarşı çıxıb və 17 aprel 2005-ci ildə keçirilən prezident seçkilərində namizəd olmayıb.

Yazar Denktaş

Siyasi həyatı ilə yanaşı yazıçılığı ilə də seçilən Rauf Denktaş 1985-ci ildən ölümünə qədər çoxlu kitab və məqalələr yazıb. Fotoqraflığı da çox sevən Denktaş Kiprlə bağlı çoxlu foto sərgilər açıb.

2012-ci il yanvarın 8-nə keçən gecə orqan çatışmazlığı diaqnozu ilə Orta Doğu Universiteti Xəstəxanasına aparılan Rauf Denktaş 13 yanvar 2012-ci ildə müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib. Onun ölümündən sonra Türkiyə və KKTC-də milli matəm elan edilib. O, 17 yanvar 2012-ci ildə keçirilən dövlət mərasimi ilə Lefkoşadakı Cümhuriyyət parkında dəfn edilib.

Избранный
26
hafta.az

1Источники