RU

DGK-nın Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı periferik stent və balonların alınmasına 93 810 manat xərcləyəcək

Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı stent və balonlar alır.

 

Pravda.az-ın xəbərinə görə, hospital bu məqsədlə "Azəri Med" QSC ilə müqavilə bağlayıb.

 

Müqaviləyə əsasən, alınacaq mallar üçün QSC-yə 93 810 AZN köçürüləcək. Buraya 50 ədəd periferik stent, 100 ədəd periferik balon, 10 ədəd qraft vaskular stent daxildir.

 

Qeyd: "Azəri Med"in qeyri-rəsmi deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

 

Cabir Həsənov

Tarix: 13 Yanvar 2025, 13:08   
Избранный
20
pravda.az

1Источники