Avropa İttifaqı Ukrayna və onun Moldovada olan qaçqınları üçün əlavə olaraq 148 milyon avro humanitar yardım ayırıb. AFN.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı məlumatda bildirilir."148 milyon avroluq yeni maliyyə vəsaiti həm Ukraynada, həm də Moldovada mühüm humanitar yardımı dəstəkləməyə davam edəcək və bununka Komissiyanın ümumi humanitar yardımı 1,1 milyard avrodan çox təşkil edir", - deyə açıqlamada qeyd edilir.140 milyon avro Ukraynadakı humanitar layihələrə gedəcək. "Maliyyə təcili yardıma, o cümlədən qida, sığınacaq, təmiz su, səhiyyə və qış mühafizəsinə yönəldiləcək. Prioritetlər Ukraynanın şərqi və cənubunda münaqişədən təsirlənən bölgələrdə həssas qruplara dəstək verməkdir" - AK-dan vurğulanıb.Qalan 8 milyon avro isə ukraynalı qaçqınlara dəstək məqsədilə Moldovada humanitar layihələrə yönəldiləcək: "Dəstək, əsas diqqəti nağd yardıma, səhiyyə və təhsil kimi mühüm xidmətlərə çıxışa və psixososial dəstəyə yönəltməklə ukraynalı qaçqınlara və ev sahibliyi edən Moldova icmalarına yardıma yönəldiləcək".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта