RU

TBMM-in komitə sədri Baş nazirə başsağlığı məktubu ünvanlayıb

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsininsədri Fuat Oktay Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovabaşsağlığı məktubu ünvanlayıb.

Trend xəbərverir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktauşəhəri yaxınlığında qəzaya uğraması barədə xəbəri dərin kədər hissiilə qarşıladım. Bu faciəli qəza nəticəsində həyatını itirənbacı-qardaşlarımıza Allahdan rəhmət, kədərli ailələrinə və qardaşAzərbaycan xalqına başsağlığı diləyirəm. Qəza nəticəsindəyaralananlara keçmiş olsun diləklərimi çatdırmağınızı xahiş edirəm,Allahdan ən qısa vaxtda şəfa niyaz edirəm. Dost və qardaşAzərbaycanın kədərini ürəkdən bölüşürük”, - məktubdabildirilib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus olanBakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsiQazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarəningöyərtəsində olan 67 nəfərdən 38-i həyatını itirib, 29 nəfər isəsağ qalıb.

Məqalədə:
Избранный
15
1
az.trend.az

2Источники