RU

Avropa İttifaqı ukraynalı qaçqınlara 148 milyon avroluq yardım edib

Bakı. Trend:

Avropa İttifaqı Ukrayna münaqişəsi ilə əlaqədar Ukraynaya vəukraynalı qaçqınların sığındığı Moldovaya əlavə 148 milyon avroluqhumanitar yardım ayırıb.

Trend xəbər verirki, bu haqda Avropa Komissiyasının rəsmi bəyanatında deyilir.

“148 milyon avroluq maliyyələşmə ilə həm Ukraynada, həm dəMoldovada həyati əhəmiyyətli humanitar yardıma dəstək davam edəcək.Həmçinin bununla Avropa Komissiyasının humanitar yardımının ümumiməbləği 1.1 milyard dolları ötmüş olacaq”,- bəyanatda qeydolunur.

Qeyd olunan məbləğdən 140 milyon avrosu sırf Ukraynadakıhumanitar layihələrə köçürüləcək və əsasən təcili tibbi yardım,ərzaq, yaşayış, içməli su təminatı, səhiyyə, qış mövsümündə qorunmakimi sahələri əhatə edəcək. Bəyanata əsasən, əsas prioritetUkraynanın şərqi və cənubunda əhalinin münaqişədən ən çox əziyyətçəkmiş təbəqəsi olacaq .

Избранный
19
az.trend.az

1Источники