RU

AFFA rəsmisi "Fənərbağça"nın oyununa təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının VII turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Olimpik Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Избранный
10
28
fanat.az

10Источники