RU

Fransada nazir dövlət vəsaitlərinin mənimsənilməsində ittiham olunur

Fransa Milli Maliyyə Prokurorluğu 2024-cü ilin dekabrında nəqliyyat naziri təyin edilmiş Flipp Tabaro barəsində araşdırmaya başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, F.Tabaro bir neçə il əvvəl dövlət vəsaitlərinin mənimsənilməsi və digər fırıldaqçılıqlarda şübhəli bilinir.

Qəzet bildirib ki, araşdırma İctimai Həyatın Şəffaflığının Təmin Edilməsi üzrə Ali Orqanın (HATVP) 2021-ci ilin iyulunda dərc edilmiş hesabatından sonra başlayıb.

Məmurun özü qəzetin sorğusuna cavabında "layihə meneceri" kimi 70 % ştatda işlədiyini bildirib, lakin qazandığı vəsaitin məbləğini açıqlamayıb. HATVP-nin hesabatında isə bildirilirib ki, o, 2018-2020-ci illərdə bu bölmənin direktoru olub və ayda 6,9 min avro alıb. 2020-ci ildən isə mükafat ayda 4,5 min avroya qədər azalıb.

Paralel olaraq o, kommuna meriyasında ona ayda təxminən 1,3 min avro gətirən "ictimaiyyətlə əlaqələr üzrə əməkdaş" vəzifəsini və regional şurada nəqliyyat məsələləri üzrə sədr müavini vəzifəsini tutub.

İndi maliyyə prokurorluğu dövlət vəzifələrinin belə birləşdirilməsinin nə dərəcədə qanuni olduğunu yoxlamalıdır. "Le Monde"nin məlumatına görə, 2022-ci ilin noyabrında bu araşdırma ilə əlaqədar F.Tabaronun evində və Le-Kanne meriyasında axtarışlar aparılıb.

Избранный
15
report.az

1Источники