RU

Şou biznesdə böyük qalmaqal: Saxta sevgililər, göydə uçuşan milyonlar

Türkiyədə şou biznes aləminə agentlik sahibi və məşhur menecer Ayşe Barımla bağlı bomba kimi düşən iddiaların müzakirə olunduğu bu günlərdə illər əvvəl tanınmış aktyor Ahmet Kuralın dediyi sözlər yenidən gündəmə gəlib. 

Cebheinfo.az” xəbər verir ki, illər əvvəl Ahmet Kural jurnalistlərə açıqlamasında bir layihənin parçası olduğunu demişdi.  

Belə ki, 2018-ci il oktyabrın 29-da Zekeriyaköydəki evində bir müddət eşq yaşadığı müğənni Sıla Gençoğluna qarşı zorakılıq törətdiyinə dair barəsində hökm verilən Ahmet Kural məhkəmə tərəfindən 1 il 4 ay 20 gün müddətinə azadlıqdan məhrum edilmişdi. 

Ahmet Kural “Bir layihənin parçası olduğumu heç vaxt ürəyimə izah edə bilmədim”,- deyərək diqqətçəkən açıqlamalar vermişdi. 

Ayşe Barım hadisəsi üzə çıxandan sonra Əhməd Kuralın o dövrə aid açıqlamalarına istinadən sosial şəbəkələrdə “Əsas Ayşe Barım bombasını o vaxt Ahmet Kural partladıb” kimi rəylər paylaşılıb.

Qeyd edək ki, çoxsaylı şikayətlərdən sonra Rəqabət Şurası 21 idarəedici şirkət və kastinq agentliyinə qarşı araşdırmaya başlayıb. 

Bundan sonra aktyorlar bir-birinin ardınca etiraflar edərək, sənət aləmində yaşadıqlarından danışıblar. Həmçinin, aktyor agentlik sahibi Ayşe Barımın şirkətində çalışan Serenay Sarıkaya da reklam sevgisi iddiaları ilə gündəmə gəlib. 

Məşhur aktrisa Sarıkayanın müğənni Mert Dəmirlə münasibətinin gerçək olmadığı və bir iş adamının reklam sevgisinə görə ikiliyə 5 milyon dolları Barım vasitəsilə verdiyi iddia edilib.

Избранный
31
cebheinfo.az

1Источники