Almaniyada xarici kəşfiyyata cavabdeh olan Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı evində ölü tapılıb.
Publika.az xəbər verir ki, Almaniyanın Pakistandakı səfirliyinin əməkdaşları iki gündür xəbər alınmayan Tomas B.-nin evinə baxış zamanı onun meyitini tapıblar.
Sosial mediada Tomasın meyitinin fotosunda nəzərə çarpan qan ləkələrinin həkim qruplarının müdaxiləsi zamanı əmələ gəldiyi bildirilib.
3 ildən çoxdur Pakistanda xidmət edən Tomasın uzun illər böhran bölgələrində çalışdığı, kəşfiyyat sahəsində təcrübəli olduğu və daha əvvəl ürək xəstəliyindən müalicə aldığı qeyd olunub.