RU

"İnsan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq vacibdir" - QHT sədri

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Eynulla Xeyrullayev, QHT.az-a açıqlamasında insan alverinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, xüsusilə Türkiyə ilə bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Eynulla Xeyrullayev bildirib ki, Türkiyədə bu istiqamətdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının uğurları geniş təcrübə mənbəyidir:

“Türkiyə təcrübəsindən daha çox istifadə etməliyik. Orada bu istiqamətdə peşəkar və çoxsaylı təşkilatlar fəaliyyət göstərir. Bizim təşkilatlar həmin təcrübəni öyrənməli, həmçinin Türkiyə təşkilatları Azərbaycana gələrək tövsiyələrini bölüşməlidir. Bu cür təcrübə mübadiləsi hər iki tərəf üçün faydalı olacaq.”

İnsan alverinə qarşı mübarizədə əməkdaşlığın genişləndirilməsi

Xeyrullayev həmçinin qeyd edib ki, insan alveri qurbanlarına daha yaxşı dəstək göstərmək üçün Azərbaycan beynəlxalq qurumlarla, o cümlədən polis, qeyri-hökumət təşkilatları və aidiyyəti nazirliklərlə daha sıx əməkdaşlıq etməlidir:

“Bizim fəaliyyətimizdə çatışmazlıqları müəyyən etmək və bu istiqamətdə təcrübəmizi artırmaq üçün xarici ölkələrdən tövsiyələr almaq vacibdir. İnsan alveri qurbanlarına daha effektiv dəstək göstərmək məqsədilə beynəlxalq səviyyədə birgə fəaliyyət planları hazırlanmalıdır.”

Eynulla Xeyrullayev, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının bu məsələlərin həlli istiqamətində ciddi addımlar atacağına ümid etdiyini bildirib.

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Избранный
19
qht.az

1Источники