RU

AMAY Abdulla yenə məhkəməyə verildi

"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.

Publika.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, iddiaçı Vüqar Yusif oğlu Abbasovdur. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Vüqar Abbasovun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 11-ə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.

Bir müddət əvvəl "A.M.A.Y. Holding" şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən vergi borcuna görə məhkəməyə verilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkətin 20 842.09 manat vergi borcu yaranıb.

"A.M.A.Y. Holding" 2005-ci ildə qeydiyyata alınsa da, 1990-cı illərin əvvəllərindən faəliyyət göstərir.

Избранный
5
17
publika.az

10Источники