Rusiya qoşunlarının Krasnoarmeysk (Pokrovsk) ərazisinə nəzarəti ələ keçirməsi Ukraynanın müdafiəsini xeyli zəiflədir və Dnepropetrovsk vilayətinə yol açır...
Poliqon xəbər verir ki, bunu N-TV-yə müsahibəsində Avstriya ordusunun polkovniki Markus Raysner deyib.
Onun sözlərinə görə, Ukrayna müdafiəsinin üçüncü eşalonu olan Pokrovskdan qərbə doğru müdafiə xəttini yarmaq rus qoşunlarının Dnepropetrovsk istiqamətində maneəsiz irəliləməsi ehtimalını xeyli artırır.
Raysner vurğulayıb ki, Pokrovskın qərbindəki müdafiə istehkamlarının zəifliyi Ukrayna Silahlı Qüvvələri üçün ciddi təhlükə yaradır. Rusiya qoşunları artıq Dnepropetrovsk vilayətinin sərhədindən bir qədər aralıdadır və ekspertin fikrincə, Ukrayna qüvvələrinin hücumun qarşısını effektiv şəkildə almaq imkanları məhduddur. O, Ukrayna hərbçilərinin cəbhənin bu hissəsinin kifayət qədər möhkəmləndirilməməsi ilə bağlı dəfələrlə verdiyi bəyanatlara diqqət çəkib. Beləliklə, Krasnoarmeyskin tutulması döyüşlərdə dönüş nöqtəsi ola bilər. Bu Ukrayna ordusu üçün vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsindən xəbər verir.
Poliqon.info