RU

“Tarixdə bu gün” - Dünya Məntiq Günüdür

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

14 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

14 yanvar Dünya Məntiq Günüdür:

 

Dünya Məntiq Günü 2019-cu ilin noyabr ayından başlayaraq hər il 14 yanvar tarixində qeyd olunan beynəlxalq bir gündür. Dünya Məntiq Günü məntiqin intellektual tarixini, konseptual əhəmiyyətini və praktik təsirlərini daha geniş ictimaiyyətin diqqətinə çatdırmaq niyyətindədir.

 

14 yanvar 1992-ci ildə Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalandı:

 

Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə diplomatik münasibətlərə dair imza atdığı ilk sənəd idi.

 

14 yanvar 1911-ci ildə Azərbaycanda funksional analizə dair ilk dərsliyin müəllifi, akademik Zahid Xəlilov anadan olub:

 

1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Z.Xəlilovun əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, hidromexanika, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi və riyaziyyatın başqa sahələrinə aiddir.

 

14 yanvar 1952-ci ildə Azərbaycan tanınmış milli şairi Almas Yıldırımın xatirə günüdür:

 

O, şeirlərindəki millətçilik fikirlərinə görə Dağıstana sürgün edilib. Burada da yaradıcılığını davam etdirən şair 2 il sonra Bakıya qayıdıb.  “Dağlar səslənirkən” kitabını çap etdirsə də, onun yayılması qadağan olunub, şairi Yazıçılar Birliyi üzvlüyündən xaric ediblər.

 

Təqiblərə dözə bilməyən Almas Yıldırım Türkmənistana gedib. Buradan isə ailəsilə birlikdə İrana qaçmağa məcbur olub. Bir müddət sonra Türkiyəyə gedib və orada müxtəlif vəzifələrdə çalışıb.

 

Şeirləri Türkiyə və Almaniya qəzet və jurnallarında dərc olunan Almas Yıldırım “Azərbaycan mahnıları” və “Azərbaycan bayatıları” kitablarını çap etdirə bilib. 

Избранный
13
azedu.az

1Источники