"Nikolas Maduronun hakimiyyətdə olduğu günlər sayılıdır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Venesuela müxalifətinin lideri Maria Korina Makado deyib.
Maria Korina Makado
"O və ətrafı artıq çox təkləndiklərinn fərqindədir. Çox azalıblar, təcrid olunmuş vəziyyətdədirlər. Bilirlər ki, hakimiyyətdə olan günləri sayılıdır. Ona görə də, paranoyakdırlar və yatmırlar, yata bilmirlər. Çünki sonlarının yaxınlaşdığını bilməklə yanaşı, ətrafdakıların hansı tərəfindən daha tez satılmaqlarından şox qorxurlar".
Maduroya ötən seçkidə qalib gəldikdələrini bir daha xatırladan Makado hazırkı vəziyyəti rinqdə boks yarışı kimi təsəvvür edib: "Riskləri bilirik və ona görə ki, artıq rinqdəyik. Birinci raundda qalib gəlməsək, üçüncü və ya dördüncü raundda qalib gələcəyik. Qalib gələcəyimiz əzmi ilə yumruqlar atırıq. Əmin olun, biz qalib gələcəyik, çünki biz artıq onların iplərini əlimizə almışıq".
Lamiyə Əhmədli
MİA.AZ