Ötən gecə Qazaxıstanın Aktobe vilayətində polisə Rıskulbekov küçəsindəki özəl evlərdən birində qızın girov götürülməsi barədə məlumat daxil olub.
Reyting.az “Sputnik Kazxıstan”a istinadla xəbər verir ki, dərhal bütün təcili yardım xidmətləri hadisə yerinə gəlib və ərazi mühasirəyə alınıb. Polis idarəsinin rəisi və şəhər prokuroru terrorçu ilə danışıqlara başlayıb. Girovu azadetmə əməliyyatı nəticəsində şübhəli şəxs saxlanılıb, 3 zərərçəkən xəstəxanaya çatdırılıb.