RU

Bələdiyyələrin birləşməsi ilə komissiyalar yaradılacaq

Bakı. Trend:

Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digərməsələlərin həlli məqsədilə komissiyalar yaradılacaq.

Trend xəbər verir ki, bu barədə baş nazir ƏliƏsədov müvafiq sərəncam imzalayıb.

Sənədə əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət,maliyyə və digər məsələlərin həlli üçün Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin (komissiyanın sədri), Azərbaycan RespublikasıMaliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri,müvafiq yerli icra hakimiyyəti orqanının və birləşən bələdiyyələrinhər birindən bir nümayəndə daxil edilməklə, “AzərbaycanRespublikasında bələdiyyələrin birləşməsi yolu ilə yenibələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının2024-cü il 18 oktyabr tarixli 50-VIIQ nömrəli Qanununa (bundansonra - Qanun) əsasən müvafiq komissiyalar yaradılır.

Komissiyaların üzvlərini təsdiq etmək üçün AzərbaycanRespublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vəyerli icra hakimiyyəti orqanı, habelə birləşən bələdiyyələr öznümayəndələri barədə təkliflərini beş gün müddətində AzərbaycanRespublikasının Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Qanunun icrasıməqsədilə bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə vədigər məsələlərin həlli üçün komissiyaların yaradılması vətərkibinin təsdiq edilməsi üçün müvafiq tədbirlər görməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Избранный
18
49
az.trend.az

10Источники