RU

Bu dəfə "TikTok"-u almaq istəyir

Çin rəsmiləri milyarder İlon Maskın "TikTok"-un ABŞ-dəki biznesini almasını nəzərdə tutan müqaviləni nəzərdən keçirir. 

Söz.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Bu variant şirkət ABŞ hakimiyyətinin “TikTok”a qarşı gördüyü tədbirlərin öhdəsindən gələ bilməyəcəyi təqdirdə mümkün olacaq. 

Çin hakimiyyəti "TikTok"-un ana şirkət "ByteDance Ltd."-nin mülkiyyətində qalmasına üstünlük verəcək. Bununla belə, 2024-cü ilin aprelində ABŞ Konqresi "ByteDance"-dan "TikTok"-un ABŞ-dakı biznesini satmağı tələb edən qanun qəbul edib. Əks halda sosial şəbəkə ABŞ-də qadağan olunacaq.

ABŞ səlahiyyətliləri bildiriblər ki, "TikTok" Pekinə ABŞ vətəndaşları haqqında məlumat toplamaq və ictimai rəyə təsir etmək imkanı verir. "ByteDance" qadağaya etiraz edib və ABŞ Ali Məhkəməsinə apellyasiya şikayəti verib.

Şirkətin hüquqşünasları bildiriblər ki, proqrama qoyulan qadağa amerikalıların söz azadlığı hüququnu pozur. 

"Bloomberg"-in məlumatına görə, yüksək çinli məmurlar artıq "TikTok" üçün fövqəladə vəziyyət planını müzakirə etməyə başlayıblar. Bu müzakirələr Donald Tramp administrasiyası ilə necə işləmək barədə daha geniş müzakirələrin bir hissəsidir.

Agentliyin mənbəsi bildirib ki, müzakirəyə Trampın ən yaxın müttəfiqlərindən birinə çevrilmiş İlon Mask daxildir. Trampın özü "TikTok" qadağası ilə bağlı  həll yolu tapmaq üçün yanvarın 20-də vəzifəyə başlayana qədər təxirə salmaq istədiyini söyləyib. 


Избранный
7
50
soz.az

10Источники