RU

DƏHŞƏTLİ HADİSƏ: Pələng bir nəfəri parçaladı

Rusiyada Amur pələngi insana hücum edərək öldürüb.

Bizim.Media TASS agentliyinə istinadla xəbər verir ki, hadisə Vladivostok şəhərindən təxminən 480 kilometr şimal-şərqdə, Dalnereçenski rayonunun Zimniki kəndi yaxınlığında baş verib.

Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Qeyd edək ki, Amur pələngi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan heyvan növlərindəndir.

Bizim.Media

Избранный
13
1
bizim.media

2Источники