İsrail 350 fələstinli həkimi həbsdə saxlayır – “Əl-Cəzirə”
İsrail hakimiyyəti ən azı 350 fələstinli həkimi ittiham irəli sürmədən və saxlanma səbəbini elan etmədən həbsdə saxlayır. Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Qəzza zolağının hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, saxlanılan həkim və tibb işçilərinin sayı 350 nəfəri ötüb və onların hamısı “işğal rejiminin həbsxanalarında ağır şəraitdən əziyyət çəkir”. Telekanalın məlumatına görə, qeyri-qanuni həbsin ən son nümunələrindən biri 28 dekabr 2024-cü ildə həbs edilən Fələstinin “Kamal Advan” xəstəxanasının direktoru Hussam Əbu Safiyadır.