Bakı. Trend:
YARAT Müasir İncəsənət Məkanı YARAT Müasir İncəsənətMəktəbinin ikinci buraxılış tələbələrinin “SONLUQDAN SONSUZLUĞA”yekun sərgsini təqdim etdi.
YARAT Müasir İncəsənət Məktəbi Əməkdar rəssam SabinaŞıxlinskayanın müəllifliyi ilə bir il müddətində müasir incəsənətinfundamental istiqamətləri üzrə multidissiplinar rəssamlar,incəsənət üzrə menecerlər, kuratorlar və incəsənət tədqiqatçılarıüçün nəzəri və praktiki təhsil proqramlarını uğurla həyatakeçirmişdir. Yekun nəticə olaraq, 30 tələbə proqramın müxtəlifincəsənət sahələrinə yiyələnərək 4 fərqli buraxılış layihələrinihazırlamışlar.
YARAT Müasir İncəsənət Məktəbinin “Sonluqdansonsuzluğa” adlanan builki final sərgisi birillik nəzərikursun uğurlu nəticəsini qeyd edərək, sərginin açılışında iştirakedən 700-ə yaxın tamaşaçı kütləsinə unikal və rəngarəng multimediaşousu təqdim etdi. Bu sərgi tələbə art-menecerlərinintəşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədiiifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dördkurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri SabinaŞıxlinskayanın “sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğruhərəkət” konsepsiyası dayanır.
Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə,hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır.Beləliklə, biz “sonsuz sayda sonluqlar” ilə qarşılaşırıq. Lakinsonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündəiki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşansonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq,yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heçnə mövcud olmur.
Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, ikiqütb arasındakı gərginlikdən – dünyəvi və ilahi, mükəmməl vənatamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan birvəziyyət kimi açılır. Bu mövcudluq, “indinin sərhədlərini gələcəyinimkanlarına doğru dəyişməklə” öz ifadəsini tapır. Sonsuzcauzaqlaşan üfüqün ardınca qaçmaq isə, məhz müasir insanınqismətidir.
Sərgi: “Sonlqdan sonsuzluğa”
Kurator: Sofiya Frank
Art menecer: Tunar Amirov
Rəssamlar: Ellada Ağayeva, Xəyalə Əkbər, Aliya TheMushroom
“Dəyişkən kimliklər” sərgisi
Kurator: Mənsurə Məmmədəliyeva
Art menecer: Nigar Nağdıyeva
Rəssamlar: Ramil Aliev, Fidan Əbilova, Sabina Jafar, Lemontin,Aytac Məcnun, Darya Safarova, Nara Safarova, Valentido
“Utopiyanın fraqmentləri” sərgisi
Kurator: Murad Mir-zadə
Art menecer: Aqnessa Tariverdiyeva
Rəssamlar: Aliya Bayramova, Jalə Əzizova, Leyla İsayeva, ZərifəRamazanova, Kamran Vəlizadə, Məryam Yusifəliyeva, Timur Zaripov(xylith)
“3-ün dairəsindən azadlığa bir nəfər” sərgisi
Kurator: Əminə Manafova, Elçin Hüseyn
Art menecer: İbrahim Mirzəyev
Rəssamlar: Nurlan Babazadə, Bəxtiyar Zaidzadə (BAXO), LamiaKamilova
Sərgilərin tarixləri: 10 yanvar – 2 fevral
Sərgilərin iş rejimi: Çərşənbə axşamı – bazar,12:00-20:00
Məkan: XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyi