RU

"Qəbələ"nin kapitanı: "İkinci dövrə daha da çətin olacaq"

"Qəbələ" klubu ikinci dövrə hazırlıqlarını davam etdirir.

İkinci dövrə daha da çətin olacaq.

"Operativ Media" xəbər verir ki, bunu klubun mətbuat xidmətinə açıqlamasında "Qəbələ" klubunun kapitanı Asif Məmmədov deyib.

O, ilk dövrədən sonra istədikləri yerdə olduqlarını bildirib.

"Hər şey yaxşı gedir, hər şey qaydasındadır. Əsas odur ki, zədəli oyunçularımız yoxdur. Hava şəraiti də istədiyimiz kimidir. Hər şey hələ ki plana uyğun gedir. Qarşıda 3 dənə yoxlama görüşümüz olmalıdır. İnşallah onlardan sonra, bizi çətin ikinci dövrə gözləyir. Birinci dövrədən sonra istədiyimiz yerdəyik. Amma, ikinci dövrə daha da çətin olacaq. Yaxşı hazırlaşıb, növbəti sezon Premyer Liqada oynamaq istəyirik".

Asif Məmmədov komandada ab-havanı yüksək olduğunu söyləyib.

"Baxmayaraq ki, istirahətimiz çox olmadı, 2 həftə oldu, amma yenə də 2 həftə də az müddət deyil. İstər-istəməz ilk 3-5 gün çətinlik olur, amma ondan sonra yavaş-yavaş hər şey öz yoluna düşür. Ab-hava çox gözəldir. 1-ci dövrədən sonra istədiyimiz yerdəyik. Buna görə ab-hava yaxşıdır. Qarşıdakı oyunlara yüksək motivasiya ilə hazırlaşırıq".

Избранный
15
operativmedia.az

1Источники