RU

"Bred Pittlə məhəbbət" dələduzluğu

"Bred Pittlə məhəbbət" dələduzluğu

Bred Pittlə romantik münasibətdə olduğuna inanaraq fırıldaqçılara 830 min avro verən 53 yaşlı Annanın hekayəsi Fransada TF1 kanalında yayımlanan proqramdan sonra böyük istehza dalğasına səbəb olub. Telekanal sosial mediada ciddi əks-səda doğurub və verilişi efirdən çıxarmaq məcburiyyətində qalıb.Fransada yaşayan 53 yaşlı interyer dizayneri Anna Hollivud ulduzu Bred Pittlə il yarım romantik münasibətdə olduğuna inanaraq fırıldaqçılara 830 min avro verib. Fırıldaqçılar sosial şəbəkədə özünü Pittin anası və özünü göstərərək Annanı aldadıblar.Anne TF1-də yayımlanan "Seven to Eight" proqramında fırıldaqçıların onu necə hədəf aldığını izah edib. Sosial şəbəkədə tanış olduğu şəxsin Bred Pitt olduğuna inanan Anna sevgili münasibətində olduğunu düşünüb. Fırıldaqçılar boşanma prosesində Pittin hesablarının dondurulduğunu və təcili böyrək müalicəsi üçün maddi yardıma ehtiyacı olduğunu iddia edərək Annadan yüz minlərlə avro alıblar.Bununla belə, Pittin yayda ortağı İnes de Ramon ilə mediada çıxışları Annanın dələduzluğun qurbanı olduğunu başa salıb. Anna dərdini danışaraq, “Mənə niyə belə etdilər? Mən heç kəsi incitməmişəm. Bu insanlar cəhənnəmə layiqdirlər" deyib.TF1 kanalında yayımlanan proqram sosial mediada böyük səs-küyə səbəb olub və gülüş obyektinə çevrilib. "Toulouse Football Club" və "Netflix France" kimi hesablar da mövzu ilə bağlı yumoristik paylaşımlar edib. Bu vəziyyət TF1-in proqramı öz platformasından silməsinə səbəb olub. Kanal, Annanın depressiya və psixi sağlamlıq problemlərinin keçmişinə diqqət çəkərək, qurbanları qorumaq üçün bu qərarı verdiklərini bildirib.Bildirilib ki, fırıldaq Annanın "İnstaqram"a qoşularaq xizək tətilindən fotolar paylaşdıqdan sonra başlayıb. Fırıldaqçılar sosial mediada saxta Bred Pitt və onun anasının hesabları vasitəsilə ünsiyyət qurub, süni intellekt texnologiyası ilə yaradılmış saxta şəkillər və sənədlərdən istifadə ediblər.Anna dələduzlarla bağlı polisə şikayət etdiyini açıqlayıb. Hadisə süni intellekt və sosial media vasitəsilə həyata keçirilən fırıldaqçılıq təhlükəsinin artdığını da diqqət çəkib.

Избранный
7
afn.az

1Источники