Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuzsaxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 1 tapança, 8qumbara, 5 alışdırıcı, 17 tüfəng, 13 patron darağı və 3934 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.