RU

"Shein" şirkətinin Çindəki fabrikləri: ucuz paltar və moda arxasındakı həqiqətlər

Məqalə barədə məlumatMüəllif, Laura BickerVəzifə, BBC-nin Çin müxbiri, Quançjou, Çin

Quançjou Çinin cənubundakı İnci çayının mənsəbində yerləşən inkişaf etmiş liman şəhəridir. Bu şəhərin bəzi yerlərində tikiş maşınlarının fabrik pəncərələrindən eşidilən səsi axşamlar da kəsilmək bilmir.

Bu fabriklərdə istehsal olunan köynəklər, şortiklər, şalvarlar və çimərlik paltarları 150-dən çox ölkəyə göndərilir.

Bura dünyanın ən böyük və sürətli pərakəndə satış platforması olan "Shein" şirkətinə məxsus fabriklərin yerləşdiyi "Şeyn kəndi" - Panyudur.

"Bir ayda 31 gün varsa, mən o 31 günün hamısında işləyəcəm" – işçilərdən biri BBC-yə belə deyir.

Əksər işçilər ayda yalnız bir gün istirahət etdiklərini bildirirlər.

Orda olduğumuz bir neçə gün ərzində 10 fabrik gəzdik, dörd fabrik sahibi və 20-dən çox işçi ilə, həmçinin təchizatçılarla danışdıq.

Öyrəndik ki, bu imperiyanın mərkəzi sayılan ərazidə insanlar Çinin əmək qanunlarına zidd olaraq həftədə təxminən 75 saat işləyirlər.

Bu, daha yüksək gəlirə ümid edən əyalət işçilərinin yaşadığı sənaye mərkəzi Quançjouda, o cümlədən uzun müddətdir ki, dünyanın rəqibsiz fabriki olan Çinin digər bölgələrində də adi haldır.

Fabriklərin

Şəklin mənbəyi, Xiqing Wang/ BBC

Избранный
11
bbc.com

1Источники