RU

“Avrora” şirkətinin əməkdaşının cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Şamo Heydərov və Zaman Baxışovun (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, Şamo Heydərov və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verdiyi apellyasiya şikayətləri təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxartdığı hökmü Şamo Heydərova münasibətdə dəyişdirilib, ona qarşı irəli sürülmüş ittihamın həcmi azaldılaraq 299 838,59 manat müəyyən edirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 il 6 aya endirilib.


İttihama görə, Şamo Heydərov “Avrora” MMC-nin “Xorika” şöbəsinin satış üzrə nümayəndəsi və Zaman Baxışov isə həmin şirkətin “Xorika Energetik” şöbəsinin bölgə müdiri vəzifəsində işləyib. Onlar şirkətin 421 917,67 manat məbləğində pulunu mənimsəyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə 8 il həbs cəzası verilib.

 

Kamal Məmmədov 







Tarix: 15 Yanvar 2025, 10:34   
Избранный
3
pravda.az

1Источники