RU

Ölkənin aktivlərinə görə ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü ili 293 milyon 732 min manat xalis mənfəətlə başa vurub. 

Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, hesabat dövründə ABB-nin aktivləri 13 milyard 628 milyon 949 min manata bərabər olub.

Bankın kredit porfeli isə 6 milyard 350 milyon 800 min manat təşkil edib. Bu da 1 il əvvəllə müqayisədə 1 milyard 302 milyon 29 min manat və ya 25,8% çoxdur.

Qeyd edək ki, ABB-nin depozit porfeli ötən ilin sonuna 10 milyard manatı ötüb. Bankın depozit portfeli 610 milyon 357 min manat və ya 6,5% artıb. Bunun da 2 milyard 746 milyon 398 min manatı fiziki şəxslərin depozitləri, 7 milyard 260 milyon 144 min manatı isə hüquqi şəxslərin depozitləri olub.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
10
banco.az

1Источники