Bakı. Trend:
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində fəaliyyət göstərən"Embawood" MMC-nin istehsalat sahəsindən atmosfer havasına tüstününyayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxilolan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.
Trend xəbərverir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi AsifMəcidov bildirib.
O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və ƏtrafMühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindənaparılan araşdırma və ölçmə işləri zamanı sözügedən müəssisəninistehsalat sahəsindən atmosfer havasına atılan tullantılarınmiqdarının normadan artıq olduğu müəyyən edilib.
“Faktla bağlı akt tərtib olunub. Müəssisənin hüquqi şəxsqismində cərimələnməsi üçün qanunamüvafiq tədbirlər görülür"