RU

Nuri Şahini Ten Haq əvəzləyə bilər

style='margin-bottom:10px;'>

“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq Dortmund "Borussiya"sını çalışdıra bilər.

QOL.az xəbər verir ki, niderlandlı mütəxəssislə Almaniya klubunun nümayəndələri danışıq aparıb. Bu barədə "Mirror" nəşri məlumat yayıb.

“Borussiya”nın baş məşqçi Nuri Şahini istefaya göndəriləcəyi gözlənilir. Onun yerinə əsas namizəd isə Ten Haqdır.

Qeyd edək ki, “Borussiya”  ötən gün Bundesliqanın 16-cı turunda “Holştayn”a 2:4 hesabı ilə uduzub. Komanda çempionatda 25 xalla 9-cu sıradadır.

Избранный
6
1
teleqraf.com

2Источники