RU

Azərbaycan AQEM-in gələcək inkişafı ilə bağlı konseptual sənəd təqdim edib - Kayrat Sarıbay

Bakı. Trend:

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirəsinin gələcək inkişafı ilə bağlı konseptual sənədtəqdim edib.

Trend xəbərverir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləriüzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay yanvarın 15-dəPrezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Kayrat Sarıbay ölkəmizə Azərbaycanın Asiyada QarşılıqlıFəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründəgəlməsindən məmnunluğunu bildirib.

Ölkəmizin sədrlik prosesinin uğurla davam etdirildiyini deyənqonaq bütövlükdə Azərbaycanın çoxtərəfli diplomatiyada zəngintəcrübəsinin olduğunu qeyd edib.

Kayrat Sarıbay bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası,Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyinivurğulayıb, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrəMüşavirəyə sədrliyin də bu müstəvidə aparıldığını deyib.

O, Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu vəbu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələrarasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəniəhatə edən təkliflərin əksini tapdığını bildirib.

Избранный
4
50
az.trend.az

10Источники