Vəzifəli şəxslərlə bağlı oxucuların mənfi şərhləri və ittihamları silinəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radası qanun layihəsi qəbul edib.
KİV-lərdən vəzifəli şəxslərlə bağlı oxucuların mənfi şərhlərini və ittihamlarını xəbərlərdən silmək tələb olunacaq.
Oxucuların vəzifəli şəxslər haqqında yazdıqları neqativ fikirlər 3 gün ərzində silinməsə, media qurumları cəzalandırılacaq.
Sənədə əsasən, şikayət daxil olduqdan sonra 3 gün ərzində şərh silinməlidir. Bu, korrupsiya ittihamları, qanun pozuntusu və ya sadəcə təhqiramiz sözlər olan hər hansı şərhlərə aiddir.
Yanvarın 14-də Ali Radanın qəbul etdiyi qanun layihəsinin təşəbbüskarı Ali Radanın Söz Azadlığı Komitəsinin sədri Yaroslav Yurçişin olub.
Xuraman Etibarlı
İnterpress.az