RU

Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Bakı. Trend:

Əlahiddə Ümumqoşun Orduda müddətdən artıq həqiqi hərbi xidmətəkönüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulunabaşlanılır.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunlamüəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30yaşınadək hərbi vəzifəlilər 15 yanvar 2025-ci il tarixdən 15 fevral2025-ci il tarixədək Əlahiddə Ümumqoşun Ordunun Təlim və TədrisMərkəzidə fəaliyyət göstərən qəbul komissiyasına müraciət edəbilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınınhazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlarqəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrininmüəyyən edilməsi məqsədi ilə Əlahiddə Ümumqoşun Ordunun müvafiqtibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarınınqərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbulimtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşəmaraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletməbacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərininöyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermişnamizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır vəonlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyasına müraciət edərkən ilkin olaraqaşağıdakı sənədləri təqdim etməlidir:

- Təhsil haqqında sənəd

- Hərbi bilet

- Şəxsiyyət vəsiqəsi

Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Naxçıvan MuxtarRespublikası Naxçıvan șəhəri, 1 nömrəli hərbi şəhərcik (ƏlahiddəÜmumqoşun Ordunun Təlim və Tədris Mərkəzi).
Müraciət etmə vaxtı: Qeyd olunmuş tarixlərdə saat 09:00-dan17:00-dək (șənbə və bazar günləri istisna olmaqla).

Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçməhaqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətiuyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbiqulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraqməhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciətetməmələri xahiş olunub.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularınınhazırlığı kursu"nu müvəffəqiyyətlə bitirmiş şəxslərin təyinatıƏlahiddə Ümumqoşun Ordunun ehtiyaclarına uyğun vakant vəzifələrinkomplektləşdirilməsi üzrə həyata keçiriləcək.

Избранный
2
44
az.trend.az

10Источники