RU

Məhkəmə sərxoş sürücünün “Audi”sini alaraq cəbhədəki əsgərlərə göndərdi

Yazını böyüt
Yazını kiçilt

Moskvada yol polisi tərəfindən yoxlama üçün saxlanılan 33 yaşlı sürücünün sərxoş vəziyyətdə və vəsiqəsi olmadan avtomobil idarə etdiyi, daha əvvəl də eyni səbəbdən sürücülük vəsiqəsinin əlindən alındığı müəyyən edildikdə, məhkəmə ağır cərimə kəsib.

Hafta.az-ın yazdığına görə, məhkəmə sürücünü Rusiya Cinayət Məcəlləsinin 264.1-ci maddəsi ilə (sərxoş vəziyyətdə avtomobil idarə etmə və qayda pozuntusunu təkrar etmə) cəzalandırıb. O, 200 saat ictimai iş, daha iki il sürücülük hüququndan məhrumetmə və indiki Audi A6 model avtomobili müsadirə edilməklə cəzalandırılıb. Avtomobilib birdəfəlik müsadirəsi haqda məhkəmə qərarı isə Rusiyada ilk cəza tədbiri olub.

Amma iş bununla da bitməyib. Müsadirə edilən nəqliyyat vasitəsi istifadə olunması üçün Ukrayna ilə müharibə bölgəsindəki orduya göndərilib.

Избранный
3
hafta.az

1Источники