RU

Overçukdan İrəvanın qərarına şərh: Bu, Aİİ-dən çıxış deməkdir

Moskva İrəvanın Avropa İttifaqına (Aİ) qoşulma prosesinə başlamaq qərarını Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı kimi qiymətləndirir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu  Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Onlar (Ermənistan - red.) Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs indiki vəziyyətin özəlliyi nədir? Uzun müddətdir ki, Ermənistanın Avropa İttifaqına yaxınlaşması ilə bağlı danışıqlar, müzakirələr gedirdi, lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlandığını elan edən qanun layihəsini dəstəkləyərək, qanuni addım atıb. Bu vəziyyətin özəlliyi də budur. Bu, Ermənistan hökumətinin qərarı idi və bunu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk”, - deyə Overçuk qeyd edib.

O əlavə edib: “Növbəti addımlar Ermənistan hökumətinin üzərinə düşür. Onlar ya belə bir məsələnin Ermənistan hökumətinin gündəmində olmadığını, ya da Aİİ-dən çıxmaq istəmədiklərini və ya planlaşdırmadıqlarını, ya da bunun onlar üçün harda daha yaxşı olacağını dəyərləndirəcəklərini iddia edirlər. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik.

“Təəssüflər olsun ki, artıq keçən il biz görməyə başladıq ki, Aİ-yə üzvlüklə bağlı müzakirələrin təsiri altında Rusiya biznesi Ermənistanla iqtisadi əlaqələri daha da saxlamaq və inkişaf etdirmək üçün daha ehtiyatlı davranmağa başlayıb, - Rusiya baş nazirinin müavini bildirib. - Gördük ki, bir sıra sahələrdə biznes fəallığı azalmağa başlayıb”.


Telegram kanalımız
Избранный
3
yenisabah.az

1Источники